"Turan Tovuz" klubu daha bir futbolçu ilə anlaşıb.
Tovuz təmsilçisindən Mia.az-a verilən məlumata görə, 27 yaşlı gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze ilə 1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, son mövsümü “Telavi”də keçirən Marakvelidze Tbilisi “Dinamo”sunun yetirməsidir.
Yarımmüdafiəçi vətənində “Zestafoni”, “Merani” və “Liakvi”nin da formasını geyinib.