Böyük Britaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.
Bu barədə Böyük Britaniya xarici işlər naziri Liz Trass tviter səhifəsində yazıb.
Britaniya ilə yanaşı, Estoniya da İsveç və Finlandiyanın NATO-ya qoşulması barədə protokolları ratifikasiya edib.
Qeyd edək ki, ötən gün İsveç və Finlandiya XİN başçıları NATO-ya üzvlük protokollarını imzalayıblar.