“NATO-ya üzvlük hüquq yox, seçilməkdir. Bu üstünlüyü əldə etmək istəyən dövlətlərin bəzi şərtləri yerinə yetirməsi lazımdır. Bu mənada PKK ilə yanaşı, YPG və FETÖ-nün də terror təşkilatı kimi tanınması vacibdir. İndi bu iki ölkə verdiyi vədə əməl etməlidir”.
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.
O bildirib ki, Madriddə İsveç və Finlandiya ilə protokollar imzalanması hələ NATO-ya üzvlük deyil:
"Biz Finlandiya və İsveçin yazılı öhdəlikləri nə qədər yerinə yetirəcəklərini nəzərə alacağıq”.