Türkiyə ordusu Suriyada “Zeytun budağı” və “Fərat qalxanı” bölgələrində son iki gündə daha 40 terrorçunu məhv edib.
Mia.az xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, terrorçuların 31-i Suriya, 9-u isə İraqın şimalında əməliyyatla öldürülüb.