"Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.
Mia.az xəbər verir ki, "Qarabağ" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olub.
Poznan şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma meydan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.