Rusiya Ukraynanın Xerson vilayətində Ukraynanın daha bir Su-25 qırıcısını vurub.
Mia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, Xerson vilayətinin Novoarbatskoye qəsəbəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi ilə yanaşı, 3 PUA və 3 “Toçka-U” taktiki raket, həmçinin, 8 reaktiv yaylım atəşi sistemi sıradan çıxarılıb.