Neftçi" futbolçuları Xəyal Nəcəfov və Turan Vəlizadə ilə müqaviləni 1 il müddətinə - 2023/2024 mövsümünün sonunadək artırıb.

Mia.az xəbər verir ki, hər iki yarımmüdafiəçi növbəti mövsümünün sonunadək “Turan Tovuz”a icarəyə verilib.

Bundan əlavə, “Neftçi” brazilyalı hücumçu Tiaqo Bezerra ilə başa çatan müqaviləni də yeniləməyib.