"Sumqayıt" futbol klubunun idman direktoru Zamiq Hüseynov vəzifəsindən ayrılıb.
Mia.az xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, daha öncə PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən "Sumqayıt"ın idman direktoru postunda çalışırdı. Onun fəaliyyəti dövründə komanda 2 dəfə avrokuboklara vəsiqə qazanıb, 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub, 1 dəfə isə Premyer Liqanın bürünc medallarına yiyələnib.