"Fənərbağça"  "Fatih Karagümrük"də top qovan Emre Morla anlaşıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, klub onunla 3 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, Əmrə Mor vaxtı ilə Türkiyə millisində də çıxış edib. O, futbol karyerasına Almaniyada başlayıb. İndiyədək "Borussiya" (Dortmund), "Qalatasaray", "Selta" və digər komandalarda oynayıb.