Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verməsini sevinclə qarşılayəb.
Mia.az xəbər verir ki, bu barədə Boris Conson Madriddə Ərdoğanla iki ölkə arasında əldə olunan razılaşmadan sonra tviterdə paylaşım edib: "NATO sammitinə başlayarkən fantastik xəbər. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq ittifaqımızı daha güclü və təhlükəsiz edəcək".