"Putin Ukraynadakı müharibədə qalib gəlməməlidir".
Mia.az xəbər verir ki, bu sözləri G7 liderlərinin birgə bəyanatından danışan Almaniya Kansleri Olaf Şolts deyib.
O bildirib ki, bundan sonra da Ukraynaya hərtərəfli dəstək veriləcək: "Rusiya bu savaşa görə aır nəticələr ödəməlidir. Biz eyni zamanda, Ukraynanın bərpası üçün əlavə maliyyə vəsaiti səfərbər edəcəyik".