“Türkiyə ilə nisbətən ortaq razılaşma əldə etdik. Görüşlə bağlı nə bədbin, nə də nikbinəm”.

“Habertürk” xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinstö ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı keçiriləcək dördtərəfli görüş öncəsi açıqlamasında bildirib.

O, ölkəsinin terrorçu PKK-nı qoruduqları ilə bağlı Türkiyənin irəli sürdüyü qınağı qəbul etmədiklərini söyləyib: “Bu qəti olaraq doğru deyil. Terrorçuluq, sadəcə, Türkiyədə deyil, başqa yerlərdə də ciddi narahatlıq yaradır. Bugünkü görüşdə bunu söyləyəcəyəm”/Report.

Qeyd edək ki, iyunun 28-29-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək Zirvə toplantısında Finlandiya və İsveçin Alyansa üzvlüyü məsələsi müzakirə olunacaq. Sammitdən əvvəl Türkiyə, İsveç, Finlandiya dövlət və hökumət başçıları ilə NATO Baş katibinin toplantısı olacaq.

Mia.az