Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" klubu iki futbolçu ilə anlaşıb.
Klubun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Tovuz təmsilçisi qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevlə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu "Şamaxı" olub.