"Neftçi" İsrailin "Aşdod" klubundan daha bir futbolçunu heyətinə qatıb.
Mia.az xəbər verir ki, "ağ-qaralar" 29 yaşlı yarımmüdafiəçi Kenni Sayefi transfer edib.
Qeyd edək ki, Kenni Sayef daha əvvəl Belçikada "Gent" və "Anderlext"in, həmçinin, ABŞ-da "Tsintsinnati" və Polşada "Lexiya" klubunun formasını geyinib.
"Neftçi" ötən gün "Aşdod"un digər yarımmüdafiəçisi Ataa Caberlə 2 illik müqavilə imzalayıb.