Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ukrayna ilə bağlı üç yeni qətnamə qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Mariya Mezentseva açıqlama verib.
O deyib ki, belə hal AŞPA tarixində heç vaxt baş verməyib: "Biz üç mühüm qətnaməni səsə qoyduq və qəbul etdik. Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə bağlı yeni qətnamələr bizim üçün mühümdir".