“Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Tehrana səfər edəcək”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 20-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, S.Lavrovun ziyarəti İran rəsmilərinin bu yaxınlarda Rusiyaya səfərinə cavab olaraq həyata keçiriləcək/Report.