"Səbail" klubu yeni hücumçu alır.

Mia.az xəbər verir ki, "dənizçilər" Kiprin "Etnikos" klubunda çıxış edən kot d ivuarlı hücumçu Qoba Zakpa ilə anlaşıb. 30 yaşlı forvardla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

2020-ci ildən "Etnikos"da çıxış edən afrikalı oyunçu 54 matçda 8 qola imza atıb. O, yarımmüdafiə xəttinin cinahlarında da oynaya bilir.

Qeyd edək ki, Qoba Zakpa daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da çıxış edib.