Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Mia.az xəbər verir ki, bu barədə Zelenski tviterdə paylaşım edib: “Boris Consonla daim təmasdayam. Mühüm beynəlxalq tədbirlər ərəfəsində mövqeləri razılaşdırdıq. Döyüş meydanındakı durumu, Ukraynanın müdafiə ehtiyaclarını və ərzaq təhlükəsizliyinə təhdidləri müzakirə etdik”.