Son məlumata görə, ABŞ prezidenti Bayden Zelenski ilə telefonda danışıb.
Mia.az xəbər verir ki, Bayden telefon danışığında bir milyardlıq silah paketini qəbul etdiklərini bəyan edib.
***
Ağ Ev Ukraynaya təxminən 1 milyard dollarlıq yeni silah yardımı elan edəcək.
Bu barədə “Reuters” məlumat yayıb.
Yeni paketə gəmi əleyhinə raket sistemləri, MLRS üçün əlavə raketlər və M777 haubitsaları üçün mərmilər daxil olacaq.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bu gün NATO-ya üzv ölkələrin müdafiə nazirləri qarşısında çıxış edəcək və Brüsseldə Reznikov Ukraynanın lazımi silahların alınması ilə bağlı təcili ehtiyaclarını səsləndirəcək.
Nazir, həmçinin Ukrayna üzrə Əlaqələrə Dəstək Qrupunun (“Ramşteyn-3” adlanan) iclasında iştirak edəcək/Report.