NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Mia.az TRT-yə istinadla xəbər verir ki, bu barədə Baş katib Stoltenberq deyib.
O bildirib ki, NATO sammiti öncəsi Prezident Ərdoğanla konstruktiv söhbət edib: "Biz Türkiyənin terrorizmlə mübarizədə qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılmasının və Finlandiya ilə İsveçin NATO-ya üzvlük prosesində irəliləyişin əldə edilməsinin vacibliyini müzakirə etdik".