"Qarabağ" klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Mia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"inə uduzsa, “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

"Neftçi" klubu isə bu raundda “Aris” (Kipr) ilə, "Zirə" isə “Makkabi” (Təl-Əviv, İsrail) ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.