"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Mia.az xəbər verir ki, komandamız I təsnifat mərhələsində Polşa "Lex"ini keçəcəyi təqdirdə növbəti raundda “Sürix” (İsveçrə) ilə görüşəcək.

Azərbaycan çempionu II təsnifat mərhələsində ilk matçını evdə keçirməlidir.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.