“Ukrayna Prezidenti Volodimir Zelenski və hakimiyyətin başqa nümayəndələri Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq”.

TASS xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron iyunun 15-də Rumıniyaya səfəri zamanı bildirib/Report.

Qeyd edək ki, Ukrayna rəsmiləri Emmanuel Makronu Rusiyayönlü mövqeyinə görə tənqid edirlər. Onlar hesab edirlər ki, Fransa Prezidentinin Rusiya Prezidenti Vladimir Putinlə danışıq aparması yolverilməzdir.

E.Makron iyunun 3-də bildirmişdi ki, Rusiyanı alçaltmaq lazım deyil, çünki gec, ya tez başqa dövlətlər onunla əməkdaşlıq edəcək. Onda Fransa Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə dekabrda yüz saatdan artıq danışıq apardığını da demişdi.