Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə baş tutacaq prezident seçkilərində namizəd olacağını elan edib.

Mia.az xəbər verir ki, bunu dövlət başçısı İzmirdə etdiyi çıxışda deyib.

O daha sonra CHP lideri Kamal Kılıçdaroğlundan namizədliyini açıqlamağı tələb edib: 

“Namizədlik məsələsini daha da uzada bilməyəcəksən. Seçki qarşıdakı ilin iyun ayında keçiriləcək. Qaçacaq yerin yoxdur, cənab Kamal. Bax deyirəm, Cümhur İttifaqının namizədi Tayyib Ərdoğandır”.