“Yunanıstana bir əsr öncə olduğu kimi, peşmanlıqla nəticələnəcək xəyallardan, çıxışlardan və fəaliyyətlərdən uzaq dayanmaq və ağlını başına toplamaq barədə xəbərdarlıq edirik. Özünə gəl”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildrib ki, Türkiyə Egey dənizindəki haqlarından vaz keçməyəcək: "Biz, həm də adaların silahlandırılması məsələsində beynəlxalq razılaşmaların verdiyi səlahiyyətləri istifadə edəcəyik".