“Cəbhədə vəziyyət ağırdır. Hər gün yüzə qədər hərbçimizi itiririk, 500-ə qədər isə yaralanır”.

Mia.az xəbər verir ki, bu, Ukrayna Müdafiə naziri Oleksiy Reznikovun son paylaşımında bildirilib.

O, daha sonra qeyd edib ki, Ukraynaya verilən silahla Avropanın istənilən ordusuna qalib gəlmək olar: "Lakin bu silahlar Rusiyaya qarşı kifayət deyil. Silah göndərilməsi tempi aşağıdır, ancaq bizə kömək edən ölkələrə minnətdarıq".