Rusiya qoşunları Ukraynanın Starı Saltov, Russkaya Tişka, Çerkasskaya Tişka, Koroboçkino, Aseyevka, Çepel və Uda yaşayış məntəqələrini mülki infrastrukturlari atəşə tutub.

Mia.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Rusiyanın 2-ci ümumqoşun ordusunun 15-ci motoatcı briqadasının şəxs heyəti döyüşlərdə böyük itki verib:

"Ukrayna ərazisində hərbi əməliyyatlarda briqadanın 1800 hərbçisi iştirak edib. Döyüşlər nəticəsində brqadanın təxminən 800 hərbçisi həlak olub, 400-ə yaxın əsgəri yaralanıb.

Bildirilib ki, Rusiya hərbçiləri Verxnekamenka, Zolotoye, Berestovoye və Slavyansk yaşayış məntəqələrini aviasiya-raket, Cənubi Buq istiqamətində Lyubimovka, Dobryanka, Belaya Krinitsa, Şirokoye, Berezneqovatoye Blaqodatnoye, Lyubomirovka və Tavriçesk yaşayış məntəqlərini isə artilerriya atəşinə tutub.

Son sutkada Ukrayna Silahlı Qüvvələri Dnetsk və Luqansk istiqamətində düşmənin 7 hücumunun qarşısını alaraq, 3 tankını, iki zirehli döyüş maşınını, 4 avtomobilini məhv edib. Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri isə Rusiyanın “Orlan-10” tipli 6 PUA-sını sıradan çıxarıb".