ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald iyunun 8-9-da Ermənistanda səfərdə olacaq.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-la Ermənistan arasında əsas azadlıqların təmin olunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunacaq./Report