21 yaşadək futbolçulardan ibarət Avropa çempionatında Azərbaycan millisi bu dəfə Finlandiya yığması ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, Helsinkidə baş tutan oyunda komandamız uduzub - 3:0.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran Finlandiya A qrupunun lideri olan Xorvatiyaya çatıb.

Azərbaycan yığması isə 7 xalla 5-ci pillədə qərarlaşıb.

Komandamız növbəti matçını iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.