“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana baş tutacaq səfəri ikitərəfli əməkdaşlığın inkişafına güclü təkan verəcək”.

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Biznes Forumunda bildirib.

Diplomatın sözlərinə görə, səfər zamanı ölkələr arasında bir sıra ikitərəfli sənədlərin, həmçinin ikitərəfli ticarət haqqında hökumətlərarası sazişin imzalanacağı gözlənilir./Report