Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.

Türkiyənin Vaşinqtondakı Səfirliyindən Mia.az-a bildirilib ki, tərəflər Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha təsdiqləyiblər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.