Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Mia.az xəbər verir ki, millimiz bu dəfə Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı Belarusla üz-üzə gəlib.
Oyun bərabərliklə bitib - 0:0.
Qrupun digər matçında Qazaxıstan səfərdə Slovakiyaya minimal hesabla qalib gəlib - 1:0.
6 xala malik Qazaxıstan seçməsi qrupun lideridir. Slovakiyanın 3, Belarus və Azərbaycanın 1 xalı var.
Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü iyunun 10-da Bakıda Slovakiya seçməsinə qarşı keçirəcək.