Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında paylaşım edib: "Bu gün Ağ Evdə milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”.