Avropa zonasından Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il Dünya çempionatına son vəsiqəni Uels millisi qazanıb.

Mia.az xəbər verir ki, Uels yığması pley-off mərhələsinin final qarşılaşmasında Ukraynaya qalib gəlib - 1:0.

Xatırladaq ki, Uels yığması B qrupunda İngiltərə, İran və ABŞ milliləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.