77 deputatın tələbi ilə 2022-ci il iyunun 1-dən Milli Məclisinin növbədənkənar sessiyası keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova sərəncam imzalayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sərəncamda bildirilir ki, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini bitirmiş hesab edilir.