Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Türkiyəyə, iyunun 10-da isə Ermənistana səfər edəcək.

Mia.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə açıqlayıb.

O bildirib ki, Lavrov Türkiyədə blgədəki vəziyyətlə bağlı müzakirə aparacaq: "Lavrov iyunun 10-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) XİN başçıları Şurasının iclasında iştirak edəcək. Həmin iclasda da gələcək əməkdaşlığı müzakirə olunacaq".