“Ötən sutka ərzində Rusiya qırıcı aviasiyası Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-25 təyyarəsini Nikolayev vilayətinin Lyubomirovka kəndi yaxınlığında vurub"
Mia.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general İqor Konaşenkov bugünkü brifinqdə deyib.
O bildirib ki, bununla yanaşı, Ukraynanın daha 7 PUA-sı düşürülüb, həmçinin Rusiyaya qarşı döyüşən bir qrup əcnəbi döyüşçü öldürülüb.