ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayıb.
Mia.az NTV-yə istinadla xəbər verir ki, o, bu barədə bəyanatında deyib:
"Bu gün mən Ukrayna ordusuna lazımi yardım göstərmək üçün yeni təhlükəsizlik yardımı paketini elan edirəm. Ukrayna üçün əlavə maliyyə vəsaiti Konqresdə iki partiyanın dəstəyi ilə təsdiqlənib. ABŞ Ukraynanı daha çox silahla təchiz edəcək. Növbəti hərbi yardım paketinə müasir silahlar, o cümlədən HIMARS raket sistemləri daxildir".
Bayden daha sonra Rusiyanı təcavüzdə ittiham edib, Ukraynaya sarsılmaz dəstəklərini ifadə edib.