Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada daha iki bölgədə yeni əməliyyaın anonsunu verib.
Mia.az xəbər verir ki, o, türk ordusunun artıq Suriyada iki strateji bölgədə - Tel Rıfat və Mənbiçdən PKK/YPG terror qruplaşmasıba qarşı savaşın başlandığını elan edib: "Bu əraziləri də terrorçulardan təmizləyirik. Sonra yavaş-yavaş digər bölgələrdə də eyni şeyi edəcəyik. Baxacağıq, Türkiyənin bu qanuni təhlükəsizlik addımlarına kim dəstək olacaq, kim mane olmağa çalışacaq. Hərf hiylələri ilə PKK-nı PYD, YPG edib və ya başqa adlar altında gizlədərək qanuniləşdirməyə çalışanlar bizi yox, özlərini aldadırlar".
Xatırladaq ki, Tel Rifatda Rusiya, Mənbiç isə ABŞ hərbi bazası və hərbçiləri var.
Bu baxımdan hər iki bölgədə əməliyyat böyük əhəmiyyət daşıyır.
Mia.az