Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
Mia.az xəbər verir ki, bu məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.
O bildirib ki, iyunun 8-də Lavrov Türkiyəyə gələcək: "Onunala birgə hərbi heyət də gələcək. Biz bu səfər zamanı bölgədəki vəziyyətlə yanaşı, Ukraynada təhlükəsiz dəhlizin açılması, limanlarda qalan gmilərlə bağlı müzakirə aparacağıq".