Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 30500 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1358 ədəd tankı, 3 302 ədəd zirehli döyüş maşını, 649 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 208 ədəd hərbi təyyarəsi, 174 ədəd helikopteri, 120 qanadlı raketi, 2 275 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 515 ədəd dronu və 48 ədəd xüsusi texnikası məhv edilib".