Türkiyə ordusu İraqın şimalında daha bir şəhid verib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Pəncə-Kilid” antiterror əməliyyatı zonasında çavuş İslam Sancaq şəhid olub: "O, dünən 16 PKK-çının zərərsizləşdirildiyi əməliyyatda ağır yaralanmışdı. Bu gün müalicə olunduğu xəstəxanada vəfat edib".
Məlumata görə, şəhid çavuş nişanlıydı. Yayda onun toyu olacaqdı.