Rusiya qoşunları Luqansk və Donetsk vilayətlərində 46 yaşayış məntəqəsini atəşə tutublar.

Ukrayna mətbuatı xəbər verir ki, atışma nəticəsində azı 4 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb.

Ümumilikdə 89 mülki obyektə ziyan dəyib, bunlar 85 yaşayış binası, xüsusi internat məktəbi, kinoteatr, zavod, avtobazadır.

Ukrayna xilasediciləri 1 500-ə yaxın insanı döyüş bölgələrindən təxliyə ediblər/Report.

Qeyd edilir ki, Donetsk istiqaməti cəbhənin ən qaynar nöqtəsi olaraq qalır. Rusiya hərbi rəhbərliyi bu mərhələdə əsas vəzifəsini bütün Luqansk vilayətinin ərazisini ələ keçirməyə yönəldib.