"Putinin səhhətində hər hansı bir problem yoxdur".

Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu cür xəbərlər dezinformasiyadır: "Hamı Putinin tez-tez çıxışlarını görür. Siz heç ondan hər hansı bir xəstəlik işarəti görübsüz?".

Lavrov deyib ki, ağılı adamlar belə xəbərlərə qətiyyən inanmır.