“İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyiurlərsə, Türkiyənin gözləntilərini təmin etməlidir"
Mia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail səfəri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O daha sonra İsraillə qarşılıqlı səfir təyinatlarının da adıçəkilən ölkənin XİN başçısının Türkiyəyə səfəri zamanı müzakirə olunacağını bildirib: "Orada Fələstinlə İsrail arasında dialoq məsələsi də müzakirə olundu. Hər iki tərəfin dialoqa "hə" deməsi sevindiricidir. Məscidi-Aksanın satustu ilə bağlı İsraildə həmkarımla söhbət etdik, Dedilər ki, məscidi qoruyacaqlar".