AFFA prezidenti Rövnəq Abdullayev Türkiyənin “Alanyaspor” Futbol Klubunun prezidenti Hasan Çavuşoğlu ilə görüşüb.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, görüş zamanı AFFA ilə “Alanyaspor” klubu arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.