Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstində səfər edib.
Mia.az xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu "Twitter"də paylaşım edib: "Türkiyə-Fələstin Birgə Komitəsinin ikinci iclasını keçirmək və ikitərəfli müzakirələr üçün Fələstindəyik".
Mövlud Çavuşoğlu İsraillə münasibətlərə də toxunub.
Deyib ki, hazırda Türkiyə ilə İsrail arasında normallaşma mərhələsi başlayıb: “Fikir ayrılığımız olsa da, dialoqun faydasını görürük. Qarşılıqlı səfir təyinatları barədə müzakirə aparacağıq”.