Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Qərbdən yeni silahlar istəyib.
Mia.az xəbər verir ki, bu barədə o, tviter-də paylaşım edib.
Kuleba bildirib ki, Ukraynanın silahı kifayət qədər deyil: "Rusiyanın Donbasdakı hücumu amansız döyüşdür. Bu, İkinci Dünya müharibəsindən sonra Avropa torpaqlarında ən böyük döyüşdür. Mən müttəfiqlərimizi silah və sursatları daha tez çatdırmağa çağırıram”.