"Sumqayıt" daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.

Mia.az  xəbər verir ki, vitse-kapitan Vüqar Mustafayevlə 3 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, 2019-cu ildən "gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyan 28 yaşlı dayaq yarımmüdafiəçisi bu müddət ərzində ümümilikdə 64 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin də uğurları üçün çalışıb.