Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın bir sıra praktiki məsələləri müzakirə ediblər. Həmçinin Avrasiya məkanında inteqrasiya birliklərinin fəaliyyətinin bəzi aspektlərinə də toxunulub.

Qeyd olunub ki, Rusiya ilə Qazaxıstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı niyyət təsdiq edilib/Report.